...

İran Əfqanıstanın təhsil sisteminin bərpasına kömək edir

Dünya xəbərləri Materials 3 Mart 2007 12:16 (UTC +04:00)

İran İslam Respublikasının Təhsil naziri Mahmud Farşid bu gün Kabulda Əfqanıstan prezidenti Həmid Kərzayi ilə elm-təhsil sahəsində İran-Əfqanıstan arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirlməsi və genişləndirilməsi yollarını müzakirə edib. İranın təhsil naziri çərşənbə günü əfqan həmkarı Məhəmməd Hənifə Atmarın dəvətilə Kabula gəlib. İRNA . - nın verdiyi məlumata görə, onların danışıqları nəticəsində iki ölkənin təhsil müəssisələri, mədəniyyət və təhsil sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq memorandumu imzalanıb. Təqdirəlayiq haldır ki, İran təqviminin cari 1385-ci ilində (21.03.2006 - 20.03.2007) İran Əfqanıstanın təhsil sisteminin bərpasına 1,2 milyon dollar vəsait ayırıb. Bu vəsait də ƏİR-in təhsil nazirliyi tərəfindən şagird və müəllimlərin hazırlıq mərkəzi, tədqiqat və kompüter mərkəzlərinin yaradılması və təchizatı üçün səfr olunub.

Xəbər lenti

Xəbər lenti