...

Ağ Ev: ABŞ-ın İraqdakı ehtiyat planından danışmaq hələ mənasızdır

Dünya xəbərləri Materials 6 Mart 2007 10:52 (UTC +04:00)

ABŞ prezidenti Corc Buşun Bağdadda təhlükəsizliyin möhkəmləndirilməsi üçün orada olan Amerika kontingentinin artırılması planının başa çatmasına hələ çox vaxt qalıb, buna görə də bu mərhələdə ABŞ-ın İraqdakı vəziyyətin normallaşdırılması üzrə ehtiyat planı barədə danışmaq mənasızdır. Bu barədə RBK məlumat verib.

Bu bəyanatı Ağ Evin rəsmi nümayəndəsi Toni Snou verib. O, ABŞ dövlət katibi Kondaliza Raysdan sitat gətirərək deyib, indi ən əsası - "A planını işləməyə məcbur etməkdir".

T.Snounun sözlərinə görə, C.Buşun yeni strategiyası artıq ilkin ümidverici nəticələr verir. Bununla belə o, etiraf edib ki, bir çox işləri yerinə yetirmək qalıb. "İnsanlar B planı barədə fikirləşənə qədər, A planını reallaşdırmaq lazımdır", deyə mətbuat katibi bildirib.

Xəbər lenti

Xəbər lenti