...

Tiflisin keçmiş mərkəzi teleqraf binası 18,1 milyon dollara satılıb

Dünya xəbərləri Materials 10 Mart 2007 14:28 (UTC +04:00)

Gürcüstan, Tiflis /müxbir. Trend N.Kirüxalia/ Tiflisin mərkəzində - Rustaveli prospektində yerləşən Tiflisin keçmiş mərkəzi teleqraf binası bu gün hərracda 18 100 000 dollara satılıb. Binanın sahibi isə EF "Telekom" MMC şirkəti olub.

Bu binaya iddia edən yeganə şirkət olub. Trend in Tiflisdəki xüsusi müxbirinin məlumatına görə, bununla belə, binanın yeni sahibinin keçmiş teleqrafın böyük binasında meydanın bir hissəsinin yiyəsi olan 7 şirkətin mülkünə iddia etmək hüququ yoxdur.

Başlanğıc qiymət 18 mln.dollar təşkil edib. "Beynəlxalq telefon əlaqəsi mərkəzi" (BTƏM) MMC-in nizamnamə kapitalı 11 mln.66min.590 lirə (6,5 mln.dollardan çox) təşkil edir. Nizamnamə kapitalında dövlətin payı 100 faizdir. Şirkətin kredit borcu 301 min lirə, debitor borcu isə 1mln.314,7 min lirə təşkil edir. BTƏM MMC-nin mülkiyyətində - Tiflis şəhəri, Rustaveli pr. №31/13 - də yerləşən binada (zirzəmi,1-8-ci mərtəbələr) yaşayış olmayan meydan (yararlı meydan 13676.07kv.m, ümumi meydan - 16848,59 kv.m), Rustaveli pr. Kvali küç.№31/13-də yerləşən 805,89 kv.m. torpaq meydan var.

Xəbər lenti

Xəbər lenti