...

Misirdə 10 yaşlı qızda quş qripi aşkarlanıb

Dünya xəbərləri Materials 15 Mart 2007 13:28 (UTC +04:00)

Ümumdünya S əhiyyə Təşkilatına (DST) istinadən yerili KİV-in məlumatına görə, Misirdə insanların quş qripinə yoluxması üzrə 25 hal təsdiqlənib. ÜST-in bölgələr üzrə nümayəndəsi Həsən əl- Bəşirin məlumatına görə, bu dəfə insanlar üçün təhlükəli olan virus Misirin cənubunda Asuan şəhərindən olan 10 yaşlı qız Əmir Əbdəl Lətifdə aşkarlanıb. RİA Novosti .-in məlumatına görə, yaxın günlərdə o, Qahirə xəstəxananlarından birinə yerləşdiriləcək.

Misir quş qripindən əziyyət çəkən ölkələrdən sayılır. Ölkədə ilk quş qripi halı 2006-cı ilin fevral ayında aşkarlanmışdı. Hökumətin xəstəliyin yayılmaması üçün tədbirlərinə baxmayaraq, virusa heç cürə qalib gəlmək mümkün olmur.

Təkcə quş qripindən Misirdə 13 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti