...

Yaponiya XİN başçısı: Heç bir ölkə İranı dinc nüvə enerjisindən məhrum edə bilməz

Dünya xəbərləri Materials 15 Mart 2007 17:41 (UTC +04:00)

"Heç bir dövlət İranı dinc nüvə enerjisi haqqından məhrum edə bilməz", - deyə Yaponiya xarici işlər naziri Taro Aso bildirib. İRNA , müxbirinin verdiyi məlumata görə, yaponiyalı nazirin bəyanatı İran xarici siyasi əlaqələr strategiyası Şurasının üzvü Məhəmməd Şəriət-Madari ilə görüşdə səsləndirilib. İki ölkənin qədim dostluq əlaqələrinə toxunan T.Aso həmçinin qeyd edib ki, dünya ictimaiyyəti, o cümlədən Qərb İrana az hörmət bəsləmir.

Yaponiyanın XİN başçısı İranı "xalq idarəçilik strukturları möhkəmlənmiş demokratik dövlət" adlandırıb. T.Asonun sözlərinə görə, İran dövlət quruculuğunun demokratik xarakteri onu digər regional ictimaiyyətlərdən fərqləndirir.

Xəbər lenti

Xəbər lenti