...

Pekində KXDR-in nüvə proqramı ilə bağlı danışıqlar gözlənilmədən uzanır

Dünya xəbərləri Materials 22 Mart 2007 12:02 (UTC +04:00)

Pekində Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıqlar gözlənilmədən uzadılılb. Reuters (s) verdiyi məlumata görə, daha öncə 19 martda başlayan danışıqların indiki mərhələsinin 3 gün davam edəcəyi gözlənilirdi. RBK xəbər verir ki, danışıqların uzadılması bu üç gün müddətində tərəflərin əsas məsələləri həll edə bilməməsi ilə bağlıdır.

Şimali Koreya Makao Banca Delta Asia bankındakı 25 mln. dollar dəyərindəki dondurulmuş hesab açılana qədər danışıqlarda iştirak etməkdən imtina edir. Danışıqların əvvəlində-martın 19-da Vaşinqton hesablarla bağlı məsələyə aydınlıq gətirərkən həmin pulların təhsil və humanitar proqramlara sərf olunması üçün Çin millli bankına köçürüləcəyini bildirib. Lakin danışıqların gedişində isə 25 mln. dollar vəsait hələ də Makao bankında olduğu üçün Çin "çirkli pullar"la əməliyyatlar aparmaqdan imtina edib.

Xəbər lenti

Xəbər lenti