...

Manilada 32 uşağın olduğu avtobusu tutan canilər girovları azad edib

Dünya xəbərləri Materials 28 Mart 2007 17:53 (UTC +04:00)

Bu gün Filippinin paytaxtı Manilada 32 uşaq və iki müəllimin olduğu məktəbli avtobusunu ələ keçirmiş iki silahlı cani girovları azad edib. Bu barədə Reuters məlumat verib.

Yerli polis nümayəndələri ilə danışıqlar aparan canilər saat 15:00-da uşaqları azad edəcəklərini bildirmişdilər. Özünü Yun Dukat adlandıran cinayətkarlardan biri öncədən jurnalistlərə Manilanın kasıb bölgələrindən olan Tondoda özünün yaratdığı uşaq bağçasında tərbiyə alan 145 uşağın təhsil alacağı barədə söz veriləndən sonra hakimiyyət nüamayəndələrinə təslim olacağını bildirmişdi. Avtobusda olan uşaqlar da həmin bağçada tərbiyə alanlardır. Uşaqlardan biri isə temperaturunun qalxması ilə əlaqədar səhər saatlarında azad olunmuşdu.

"Mən bu uşaqları sevirəm, ona görə də burdayam. Əmin ola bilərsiniz ki, mən onlara zərər verməyəcəm. Əgər qan tökülməli olsa, mən ilk atəş açan olmayacağam",-deyə Yan Dukat polislərə bəyan edib.

İlkin məlumatlara görə, cinayətkarlar "Uzi" tapança-pulemyot, 45 kalibrli tapança və iki qumbara ilə ilə silahlanıblar.

Xəbər lenti

Xəbər lenti