...

Polşa Rusiyanın düşməni deyil, ancaq enerji daşıyıcıları tədarükünün diversifikasiyasını istəyir - prezident

Dünya xəbərləri Materials 29 Mart 2007 17:22 (UTC +04:00)

Polşa Rusiyanın düşməni deyil, ancaq öz ölkəsinə enerji daşıyıcıları tədarükünün diversifikasiyasını istəyir. İnterfaks-Qazaxstan-ın məlumatına görə, bunu Polşanın prezidenti Lex Kaçinski bildirib.

"Mən qeyd etmək istəyirəm ki, Polşa Rusiyanın düşməni deyil. Ancaq Polşa tədarükün diversifikasiyasını istəyir (enerjidaşıyıcıları - İF-Q)" - deyə o, cümə axşamı rəsmi səfərdə olduğu Astanada keçirilən mətbuat konfransında bildirib.

Bununla bərabər Polşa dövlət başçısı əlavə edib ki, bu mövzu Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə danışıqlarda da müzakirə edilib.

"Biz prezidentlə bu məsələyə toxunduq" - deyə Kaçinski Mərkəzi Asiya regionlarından enerjidaşıyıcı alınmasında maraqlı olduğuna işarə edib.

"Vəziyyət belədir ki, problemlərə, hətta neft və qaz nəqliyyatının indiki müxtəlif yollarının texniki imkanlarına da çox yaxşı bələd olan Qazaxıstanın hörmətli prezidenti bir çox ilkin şərait yaradılması üçün mənə məsləhətlər verdi" - Kaçinski deyib.

Xəbər lenti

Xəbər lenti