...

Gürcüstan Statistika Deparptamentinə yeni rəhbər təyin edilib

Dünya xəbərləri Materials 30 Mart 2007 14:00 (UTC +04:00)

Gürcüstan, Tiflis /müxbir. Trend N.Kirtsxalia/ Gürcüstan iqtisadi inkişaf nazirinin müavini Tamar Kovziridze bu gün statstika departamentinin kolletivinə Qriqol Pançulayanı yeni rəhbər kimi təqdim edib. Bu barədə məlumatı Trend in Tiflisdəki xüsusi müxbiri verir. Departamentin sədri vəzifəsi əvvəlki rəhbər İrakli Siradzenin Gürcüstan Maliyyə Nazirliyində yeni yaradılan dövlət vergi xidmətinin sədri seçildikdən sonra boşalmışdı.

Qriqol Pançulaya 1997-ci ildən Gənc hüquqşünaslar Assosiasiyasında, müxtəlif illərdə isə parlament və Milli Bankda işləyib. Dövlət mülkiyyətinin idarəsi üzrə dövlət departamentinin rəhbəri, gömrük departamentinin sədr müəvini, Gürcüstan Maliyyə Nazirliyinin xəzinə xidməti başçısının müavini olub. Rus, ingilis və fransız dillərini bilir.

Xəbər lenti

Xəbər lenti