...

Qırğızıstan Respublikası prezidenti müxalifətçilərin tələblərini yerinə yetirməyə razıdır

Dünya xəbərləri Materials 2 Aprel 2007 16:32 (UTC +04:00)

İTAR-TASS-TASS. -ın əmlumatına görə, Qırğızıstan Respublikasının prezidenti Kurmanbek Bakiyev ölkə konstitusiyasında dəyişikliklər etməyə və müxalifətçilərin daha bir tələbini yerinə yetirməyə razı olub. Bu gün Bakiyev öz adminstratiyasının üzvləriylə görüşündə əsas qanunda dəyişikliklər aparmaq üçün işçi qrupun yaradılmasının tezləşdirilməsi barədə sərəncam verib.

Onun fikrincə, bunun üçün işçi qrupunun heyətinə daxil olacaq siyasi partiyaların siyahısını dəqiqləşdirmək vacibdir. Prezident əvvəlcə bəyan edib ki, onun işində siyasi partiyalardan savayı prezident adminstratiyası, hökumət və parlament nümayəndələri də iştirak edəcəklər. Bakiyev hesab edir ki, konstitusiyada dəyişikliklər dövlətin ciddi qanunlarına müvafiq və artıq lazımsız tələskənlik olmadan həyata keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti