...

Türkiyə İranın britaniyalı dənizçiləri tutmasıyla bağlı yaranan böhranın tezliklə müsbət həllinə ümid edir

Dünya xəbərləri Materials 4 Aprel 2007 13:02 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Abdulla Gül İran sərhədçiləri tərəfindən 15 britaniyalı dənizçinin tutulmasıyla bağlı yaranan böhranın tezliklə müsbət həllinə ümid edir. "Biz hər iki ölkə ilə danışıqlar aparırıq və güman edirik ki, bu problem razılaşma yolu ilə həll ediləcək. Mən ümid edirəm ki, yaxın günlərdə vəziyyətin müsbət inkişafının əlamətlərini görə biləciyik"- bunu türkiyəli nazir Berlində Almaniyanın XİN-in başçısı Frank-Valter Ştaynmayerlə görüşdən sonra bildirib.

RBK -nın Associated Press-ə istinadən verdiyi məlumata görə, Ştaynmayer də öz növbəsində bir daha İran rəhbərliyini tezliklə britaniyalı dənizçiləri azad etməyə çağırıb. Britaniya hərbi xidmətçilərinin tutulmasıyla bağlı münaqişə 2007-ci il mart ayının 23-də Fars körfəzinin şimal hissəsində - İraq və İran su sərhədində baş verib. İran sərhədçiləri 8 motros və 7 dəniz piyadasını İran İslam Respublikasının dəniz sərhədini pozmaları ittihamıyla yaxalayıblar. Ancaq London əmin edir ki, dənizçilər İraqın su sahəsində olublar. Vəziyyətin nizama salınması üçün hələlik diplomatik cəhdlər fayda vermir.

Xəbər lenti

Xəbər lenti