...

İraqda silahlıların hücumu nəticəsində 11 dinc sakin həlak olub

Dünya xəbərləri Materials 4 Aprel 2007 17:14 (UTC +04:00)

İraqda silahlıların hücümu nəticəsində 11 dinc sakin həlak olub. RBK Reuters-ə istinadən xəbər yayıb ki, yerli polis hadisənin elektrik stansiyasında çalışan işçiləri daşıyan avtobusa pusqudan hücüm olunması nəticəsində baş verdiyini bildirib.

Hadisə İraqın şimalındakı Kərkük şəhərindən 70 km cənub-qərbdə baş verib. İlkin ehtimala görə, avtobus saxlanılıb və daha sonra içərisində olanlara atəş açılıb. 7 nəfər yerindəcə həlak olub, 4 nəfər isə aldığı xəsarətlər nəticəsində xəstəxanada keçinib.

Xəbər lenti

Xəbər lenti