...

Ukrayna prezidenti fövqəladə vəziyyət tətbiq edə bilər

Dünya xəbərləri Materials 5 Aprel 2007 15:12 (UTC +04:00)

Kiyevdə parlament koalisiyasına müdafiə dəstələri qoşula bilər. Hazırda ora müxtəlif regionlardan bir neçə qatar yollanır. Nezalejnost Maydanına gedən küçəyə 2 mindən çox insan toplaşıb. Vesti .-nin məlumatına görə, artıq Kiyevdə 20 minə yaxın koalisiya tərəfdarları var.

Bu gün Ali Rada güc idarələri başçılarının təhlukəsizliyi təmin etmələri barədə onların hesabatlarını dinləməyi planlaşdırır. Yuşenkonun parlamentin buraxılması barədə fərmanı ilə əlaqədar olaraq prezident katibliyi onun (parlament) fəaliyyətini qanuni hesab etmir. Buna görə də iclasda müdafiə naziri və təhlükəsizlik xidməti rəhbərlərinin iştirak etməyəcəyi gözlənilir. Onlar hökumət heyəti tərkibinə daxildirlər. Ancaq böyük ehtimalla onlar bu gün Viktor Yuşenko tərəfindən təşkil edilən Milli Təhlukəsizlik və Müdafiə Şurasının iclasında iştirak edəcəklər. Bəzi agentliklərin verdiyi məlumata görə, Yuşenkonun Ukraynada fövqalədə vəziyyətin tətbiq edilməsi və hökumətin istefaya göndərilməsi barədə qərar qəbul edəcəyi istisna deyil.

Eyni zamanda bu gün baş nazir Viktor Yanukoviç xarici jurnalistlər üçün mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti