...

Politoloq: "Ukraynadakı siyasi böhran hakimiyyət böhranına keçid alıb"

Dünya xəbərləri Materials 12 Aprel 2007 13:31 (UTC +04:00)
Politoloq: "Ukraynadakı siyasi böhran hakimiyyət böhranına keçid alıb"

Ukrayna, Kiyev /müx. " Z.Novosvitskiy / Ukraynadakı siyasi böhran hakimiyyət böhranına transformasiya olub. Bu fikri Trend in Kiyevdəki xüsusi müxbirinə politoloq Andrey Yermolov bildirib. Onun fikrincə, yaranmış böhranın fərqi ondan ibarətdir ki, siyasi böhranda hakimiyyət institutları hətta münaqişə formaları əsasında bütün səviyyələrə aid qərarlar qəbul etmək imkanına malikdir. Bu qərarlar istər qanunvericilik, istər icraedici, istər administrativ, istər də normativ sahələrə aiddir. "Hakimiyyət böhranı onunla xarakterizə olunur ki, bütün hakimiyyət institutları legitimlik çərçivəsindən çıxıblar və səlahiyyət müharibəsi indi bir-birinin qarşısını alan qərarlar müharibəsinə keçid alıb. Təəssüflər ki, bu, hakimiyyətin qanunvericilik və artıq məhkəmə qollarına da aid olur. Ən qabarıq əlamət kimi Konstitusiya Məhkəməsindəki böhranı və aşağı instansiya məhkəmələrinin bir-birinə zidd qərarlarını, o cümlədən prezidentin sərəncamları və parlamentin qərarları ilə bağlı olanları göstərmək olar" - deyə Yermolov vurğulayıb.

Politoloq hesab edir ki, Ukraynada yaşanan böhrana səbəb hazırda parlament tərəfindən şübhə altına alınan prezidentin sərəncamı olub. Ukrayna qanunvericiliyinə görə parlamentin səlahiyyətləri bitdikdən sonra prezidentin hakimiyyətin mərkəzi rolunda çıxış etmək imkanı yoxdur. Çünki o hakimiyyətin icra qolunu idarə etmək imkanına malik deyil. Bununla belə, bəzi qərarlar göstərir ki, prezident icra hakimiyyətini faktiki idarə etmək üçün əsaslar axtarır, konkret olaraq bunu Ukraynanın Milli Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyi vasitəsi ilə həyata keçirməyə çalışır.

Xəbər lenti

Xəbər lenti