...

Parisin iki aeroportunun işçiləri tətil edir

Dünya xəbərləri Materials 14 Aprel 2007 11:02 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Fransanın paytaxtı Parisin Orly və Roissy aeroportlarında hava nəqliyyatı nəzarətçilərinin bir qismi bir günlük tətil edib. Tətil hər iki aeroportda hava nəqliyyatına öz təsirini göstərib, bir çox təyyarənin uçuşu ləngiyib.

Hava nəqliyyatıyla bağlı yeni islahatlara etiraz edən işçilər lazım olarsa, tətili davam etdirəcəklərini söyləyiblər. Fransa Sivil Hava Təşkilatı rəhbərliyi isə təhlükəsizliyin artırılacağını, uçuş vaxtlarının qısaldılacağını və s, nəzərdə tutan islahatları dəstəkləyib.Hava nəqliyyatıyla bağlı yeni islahatlara etiraz edən işçilər lazım olarsa, tətili davam etdirəcəklərini söyləyiblər. Fransa Sivil Hava Təşkilatı rəhbərliyi isə təhlükəsizliyin artırılacağını, uçuş vaxtlarının qısaldılacağını və s, nəzərdə tutan islahatları dəstəkləyib.Belçikanın paytaxtı Brüssel aeroportunun yanğınsöndürənlərinin isə işə çıxmayaraq tətil etməsiylə əlaqədar aeroport bağlanıb. Aeroport rəsmisi Jan Van der Cruysse sadəcə kiçik təyyarələrin enişinə icazə verdiklərini bildirərək, demək olar ki, aeroportun tamamilə hava nəqliyyatına bağlandığını bildirib. Cruysse bir çox uçuşun ləğv edildiyini söyləyərək, Brüsselə enəcək təyyarələrin Belçika, Fransa və ya Hollandiyanın digər aeroportlarına yönəldildiyini qeyd edib. Belçikanın paytaxtı Brüssel aeroportunun yanğınsöndürənlərinin isə işə çıxmayaraq tətil etməsiylə əlaqədar aeroport bağlanıb. Aeroport rəsmisi Jan Van der Cruysse sadəcə kiçik təyyarələrin enişinə icazə verdiklərini bildirərək, demək olar ki, aeroportun tamamilə hava nəqliyyatına bağlandığını bildirib. Cruysse bir çox uçuşun ləğv edildiyini söyləyərək, Brüsselə enəcək təyyarələrin Belçika, Fransa və ya Hollandiyanın digər aeroportlarına yönəldildiyini qeyd edib. Aeroport administrasiyası ilə yanğınsöndürənlər arasında müzakirələrin davam etdiyini ifadə edən Cruysse iki tərəf arasındaki anlaşmazlığın səbəbini açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti