...

Gürcüstanın baş naziri vətənə qayıdıb

Dünya xəbərləri Materials 7 May 2007 14:16 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/ABŞ-da ürəyindən əməliyyat olunan Gürcüstanın baş naziri Zurab Noqaideli bu gün gecə vətənə qayıdıb. Hökumət başçısının mətbuat xidmətindən verilən məlumata əsasən, artıq mayın 11-də o, hökumətin iclasını keçirəcək. Hökumətin iclası baş nazirin vətəndə olmaması səbəbindən artıq bir aydır ki keçirilməyib.

Bu yaxınlarda isə baş nazir Gürcüstanın prezidenti ilə Tbilisi Hava Limanında görüşəcək. Mixail Saakaşvili Acarıstanda "Qızıl gül inqilabı"nın üçüncü ildönümü qeyd edilən Batumidən gəlib.

Xatırladaq ki, aprelin 19-da Hyuston şəhərinin (ABŞ) Müqəddəs Luki klinikasında kardiocərrah Çarlz Freyzer tərəfindən Noqaidelinin ürəyindəki aorta qapağı təbii implantantla əvəzlənib. Həkimlərin qiymətləndirmələrinə əsasən, Noqaidelinin sağlamlıq durumu qənaətbəxşdir və o, işə başlaya bilər.

Gürcüstanın baş naziri səhhətinin yoxlanılması üçün yarımildə bir dəfə Hyustonun Müqəddəs Luki xəstəxanasına baş çəkməli olacaq.

Xəbər lenti

Xəbər lenti