...

Türkiyə prezidentliyinə namizəd öz namizədliyini geri götürməsi barədə bəyan edib

Dünya xəbərləri Materials 7 May 2007 15:48 (UTC +04:00)

Türkiyə, Ankara/ Trend müxbir A.Ələsgərov/ Türkiyə Böyük Millət Məclisinin binasında keçirilən parlamentin icalası bitdikdən sonra prezidentliyə namizəd Abdulla Gül keçirdiyi mətbuat konfransında öz namizədliyini geri götürdüyünü bəyan edib. O qeyd edib ki, yaranmış vəziyyətdə namizədliyini təkrar irəli sürmək və mayın 9-da seçkilərin keçirilməsini mənasız hesab edir. Onun sözlərinə görə, təkrar turlar Böyük Millət Məclisinə olan inamı sarsıda bilər və xalqın gözündə siyasətçilərin nüfuzuna zərər vurar. Yaranmış vəziyyətdə Gül prezidentliyə namizəd rolunda çıxış etməyi məqsədə uyğun hesab etməyib və namizədliyini geri götürdüyünü bəyan edib.

Müvafiq kvorumun - 367 deputatın olmaması səbəbindən Türkiyə Böyük Millət Məclisində prezident seçkilərinə həsr olunmuş səsvermə baş tutmayıb. İlkin səsvermədən sonra 356 səs qeydə alınıb, qısamüddətli fasilədən sonra isə zalda 358 deputatın olduğu məyyənləşib. Bununla əlaqədar olaraq parlamentin sədri Bülənt Arınc prezident seçkilərinin ikinci turunu mayın 9-na təyin edib.

Xəbər lenti

Xəbər lenti