...

Gürcü sərhədçiləri 1 kq heroin keçirməyə cəhd edən Türkiyə vətəndaşını saxlayıblar

Dünya xəbərləri Materials 12 May 2007 10:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcü sərhədçiləri ölkəyə böyük miqdarda narkotika keçirmək istəyən Türkiyə vətəndaşını saxlayıb. Sərhəd polisindən verilən məlumata görə, Səlcuk Kırçiçək "Kirnati" sərhəd sektorunda (yaşıl sərhəd) tutulub.

Saxlanma zamanı Kırçiçək üstündə olan narkotikanı məhv etmək istəyib. Lakin sərhədçilər buna imkan verməyiblər. Kırçiçəkdə 1 kiloqram heroin aşkarlanıb.

Faktla əlaqədər cinayət işi qaldırılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti