...

İran XİN rəhbərinin birinci müavini Tiflisə gəlir

Dünya xəbərləri Materials 15 May 2007 21:06 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Mayın 17-də İran xarici işlər nazirinin birinci müavini Mehdi Mostafavi Gürcüstana gəlir. İİR-in Gürcüstandakı səfirliyinin verdiyi məlumata görə, nazir müavinini səfərdə İran XİN-in MDB ölkələri üzrə idarəsinin direktoru Haşimi Qolfayedjani müşayiət edir.

XİN-in yüksək çinli məmurunun səfərində məqsəd Gürcüstanda İİR-in səfirliyinin yeni binasının açılmasıdır. Səfirlik Vake rayonunda Rusiya səfirliyi önündə iranlılar tərəfindən inşa olunub.

Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi Kote Kemulariya, həmçinin XİN və Gürcüstan parlamentində görüşlər planlaşdırılıb. Səfərin tam proqramı hələ dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti