...

Ukrayna prezidenti bəyan edib ki, Piskunun qovulması barədə əmrini ləğv etməyə hazırlaşmır

Dünya xəbərləri Materials 30 May 2007 20:44 (UTC +04:00)

Ukrayna, Kiyev / Trend müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşenko bəyan edib ki, baş prokuror Svyatoslav Piskunun qovulması barədə əmrini ləğv etməyə hazırlaşmır.

Bu barədə o, Kiyevdə mətbuat konfransında bəyan edib.

"Mən Svyatoslav Piskunun baş prokuror statusunun qaytarılması üçün öz əmrimi ləğv etmək niyyətində deyiləm. Prezidentin hərəkəti nöqsansız olub", - deyə V.Yuşenko qeyd edib.

Bunadan əlavə V.Yuşenko təkid edir ki, daxili işlər naziri Vasili Tsuşko Ukrayna Baş Prokurorluqdakı hərəkətlərə görə məsuliyyət daşımalıdır.

"Cinayət baş verib. Mən deyərdim ki, Ukrayna tarixində ilk dəfə güc strukturunun nümayəndəsi hüquqi mübahisəni həll etmək üçün tapança ilə dövlət institutuna daxil olub -bu yolverilməzdir... Əminəm ki, bu böyük cinayətdir",-deyə prezident qeyd edib.

Ukraynada siyasi böhranın ən yüksək nöqtəsində 24 may 2007-ci ildə Viktor Yuşenko baş prokuror Piskunu qovduqdan sonra V.Tsuşko və baş nazir Viktor Yanukoviç onu dəstəkləmişdilər. Məhz V.Tsuşkonun əmri ilə Ukraynanın "Berkut" xüsusi təyinatlıları Baş Prokurorluğa gələrək baş prokurorun prezident tərəfindən qovulmasının əleyhdarları və tərəfdarları arasında olan münaqişəyə müdaxilə edib.

Çərşənbə günü Ukrayna KİV-ləri DİN rəhbəri V.Tsuşkonun infarkt diaqnozu ilə xəstəxanaya aparıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti