...

Gürcüstanın parlament bürosu növbədənkənar iclasa hazırlaşır

Dünya xəbərləri Materials 30 Avqust 2007 18:41 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend , müxbir N.Kirtsxalia/ Sentyabrın 2-də Gürcüstan Hökumətində dəyişikliyə uyğunlaşdırılmış parlament bürosunun növbədənkənar iclası keçiriləcək. Gürcüstan parlamentindən verilən məlumata görə,iclasa parlamentin spikeri Nino Burcanadze rəhbərlik edəcək.

Bir gün əvvəl Gürcüstan Hökumətində kadr dəyişikliy baş verib - David Tkeşelaşvili əmək, səhiyyə və sosial müdafiə naziri, David Çantladze isə ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri olublar. Bu gün baş nazirin daha bir neçə kadr dəyişikliyi edəcəyi gözlənilir. Parlamentdən verilən məlumata görə, büroya təyin ediləcək növbədənkənar iclas vaxtı baş nazir Noğaideli nazirlər kabinetini heyətini təsdiq edəcək.

Növbədənkənar iclas təqribən sentyabrın 7-ə təyin olunacaq.

Xəbər lenti

Xəbər lenti