...

Oktyabrda NATO baş katibinin Gürcüstana səfəri gözlənilir

Dünya xəbərləri Materials 4 Sentyabr 2007 16:34 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend , N.Kirtsxaliya/ Oktyabrın 2-4-də NATO baş katibi Yap de Hoor Sxefferin Gürcüstana səfəri gözlənilir. Bu barədə bu gün Brüsseldə NATO-nun baş katibi və Gürcüstanın xarici işlər naziri Gela Bezuaşvilinin görüşü zamanı məlumat verilib.

"Görüş zamanı Şimali Atlantika Şurası tam heyətlə təmsil olunurdu və biz onları Gürcüstanda baş verən proseslər, ölkənin silahlı qüvvələri tərkibində gedən islahatlar ilə tanış etdik. Diqqətəlayiqdir ki, hazırkı mövzu ilə bağlı heç bir sual olmadı. Çünki bizim müttəfiqlərimiz üçün bu sahə ilə bağlı hər şey son dərəcə aydındır. Biz üzərimizə götürdüyümüz öhdəlikləri tam yerinə yetiririk və buna görə də burada heç bir sual yoxdur" - deyə Bezuaşvili qeyd edib.

Gürcüstanın XİN başçısı bildirib ki, Şuranın üzvləri əsasən siyasi məsələlər və qonşu dövlətlər ilə aramızda olan münasibətlərlə maraqlanıb.

"Çitenubalidəki hadisə ilə bağlı bir çox suallar oldu. Biz onun öyrənilməsi ilə bağlı öz mütəxəsislərini Gürcüstana göndərən ölkələrə minnətdarlığımızı bildirdik. Bu kömək hazırkı insidentlə bağlı sualların yaranmamasına kömək etdi" - deyə o bildirib.

Bejuaşvili beynəlxalq cəmiyyət tərəfindən Çitelubalidə baş verən hadisəyə adekvat reaksiyanın olacağına ümid etdiyini və inandığını ifadə edib.

Xəbər lenti

Xəbər lenti