...

Gəncədə 3 tələbə dəm qazından zəhərləndi

Hadisə Materials 8 Yanvar 2017 21:06 (UTC +04:00)
Gəncədə dəm qazından zəhərlənmə olub.
Gəncədə 3 tələbə dəm qazından zəhərləndi

Bakı. Trend:

Gəncədə dəm qazından zəhərlənmə olub.

Trend "ARB Kəpəz"ə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Gəncə Dövlət Universtetinin tələbələri Bakı şəhər sakini 20 yaşlı Yasin Səfərəliyev, Qax rayon sakinləri 19 yaşlı Cavidan İsaqlı və onun həmyerlisi 19 yaşlı Elməddin Kamallı kirayədə qaldıqları Nəriman Nərimanov prospekti ev 4 ünvanında dəm qazından zəhərlənib.

Dərhal xəstəxanaya yerləşdirilən hər üç tələbəyə tibbi yardım göstərilib və vəziyətləri kafidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti