...

Bakıda bir-birinə bitişik 3 ev yanıb

Hadisə Materials 25 Aprel 2017 18:26 (UTC +04:00)
Bakıda yaşayış evlərində yanğın hadisəsi baş verib.
Bakıda bir-birinə bitişik 3 ev yanıb

Bakı. Trend:

Bakıda yaşayış evlərində yanğın hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami rayonunda bir-birinə bitişik tikilmiş, vətəndaşlara məxsus ümumi sahəsi 108 kvadratmetr olan 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ümumi sahəsi 30 kvadratmetr olan 2 otaqlı evin 1 otağı 15 kvadratmetr sahədə və ümumi sahəsi 36 kvadratmetr olan 2 otaqlı evin tavanı 36 kvadratmetr sahədə yanıb.

Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti