...

Ziyafət Əsgərov: ATƏT-in Minsk qrupunun həmsədrləri təxribat xarakterli bəyanat veriblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2014 12:36 (UTC +04:00)
ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan hərbi helikopterinin düşdüyü ərazi ilə bağlı verdiyi bəyanat mənasız və məntiqsizdir.
Ziyafət Əsgərov: ATƏT-in Minsk qrupunun həmsədrləri təxribat xarakterli bəyanat veriblər

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan hərbi helikopterinin düşdüyü ərazi ilə bağlı verdiyi bəyanat mənasız və məntiqsizdir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Z.Əsgərov qeyd edib ki, Minsk qrupunun həmsədrləri təxribat xarakterli bəyanat veriblər: "Guya helikopter neytral əraziyə düşüb".

Vitse-spiker qeyd edib ki, helikopterin düşdüyü yer Azərbaycan ərazisidir və beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədr ölkələri tərəfindən də Azərbaycan ərazisi kimi tanınır: "Belə olan halda isə, həmsədrlərin bəyanatı təxribat xarakterli, mənasız və məntiqsizdir".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Endryu (Fransa) bəyanatlarında Azərbaycanın hərbi qüvvələri tərəfindən vurulan helikopterin qalıqlarına humanitar keçidin olmaması ilə bağlı narahatlığını bildiriblər.

Bəyanatda qeyd olunub ki, helikopterin qalıqları Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttinin neytral ərazisinin minalanmış zonasında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti