...

Dilqəm Əsgərov və Şahbaz Quliyevə "hökm" oxundu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Dekabr 2014 18:08 (UTC +04:00)
Ermənilərin kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Dilqəm Əsgərov və Şahbaz Quliyevə "hökm" oxundu

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Ermənilərin Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Trend-in məlumatına görə, bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz "məhkəmə" bu gün başa çatıb.

Separatçı rejimin "birinci instansiya məhkəməsi" dekabrın 19-da keçirilən prosesdə "prokuror" Karen Qabrielyanın tələb etdiyi cəzaları təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti