...

Tədqiqatçı: Dağlıq Qapabağ münaqişəsinin tezliklə pozitiv planda həlli yaxındır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2017 10:25 (UTC +04:00)
Dağlıq Qapabağ münaqişəsinin tezliklə pozitiv planda həlli yaxındır.
Tədqiqatçı: Dağlıq Qapabağ münaqişəsinin tezliklə pozitiv planda həlli yaxındır

Bakı. Elçin Mehdiyev – Trend:

Dağlıq Qapabağ münaqişəsinin tezliklə pozitiv planda həlli yaxındır.

Trend-in məlumalına görə, bunu Ukraynadan olan tədqiqatçı, əslən Dağlıq Qarabağdan olan Artur Ağacanov bu gün Bakıda keçirilən “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

A.Ağacanov bildirib ki, əsas məsələ münaqişənin həllinə inanmanqdır:

"Mən erməniyəm, Bakıda anadan olmuşam, təmiz qarabağlıyam. Qapabağda indi müxtəlif xalqların nümayəndələri yaşayır. Mənim tanıdığım ermənilər arasında münaqişə ilə bağlı eyni fikirləri bölüşənlər var. Amma onlar bunu açıq şəkildə dilə gətirməkdən ehtiyat edirlər. Lakin öz aralarında münaqişənin həllinə pozitiv yanaşırlar. Bizi yalnız din ayırır ki, bu o qədər də önəmli amil deyil. Bu mənim fikrimdir. Ola bilsin ki, hazırda Ermənistanda türklər də yaşayır. Məsələn, mənim soyadım Ağacanovdur. Bu isə o deməkdir ki, bizim ümumi köklərimiz var. Məsələn, Allahverdiyev, Mirzəbəyov kimi ortaq soyadlar var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti