...

Məzahir Pənahov: Vətəndaşların bələdiyyə seçkilərində səs verməsi üçün lazım olan bütün şərait yaradılıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 Dekabr 2014 08:09 (UTC +04:00)
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
Məzahir Pənahov: Vətəndaşların bələdiyyə seçkilərində səs verməsi üçün lazım olan bütün şərait yaradılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilər başlamazdan öncə məlumat verərək qeyd edib ki, Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilən seçkilərdə 15035 bələdiyyə üzvü seçiləcək.

M.Pənahov qeyd edib ki, seçkilər 50 mindən artıq müşahidəçi tərəfindən izləniləcək.

Onun sözlərinə görə, bələdiyyə seçkilərində 37 077 namizəd qeydə alınıb. MSK sədri bildirib ki, səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.

M.Pənahov əlavə edib ki, seçkilərdə şəffaflığı təmin etmək üçün seçki məntəqələrində veb-kameralar quraşdırılıb.

Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib və bələdiyyə seçkiləri açıq elan edilib.

M.Pənahov qeyd edib ki, vətəndaşların səs verməsi üçün lazım olan bütün şərait yaradılıb.

MSK sədri əmin olduğunu bildirib ki, seçicilər seçkilərə məsuliyyətlə yanaşacaq və seçici fəallığı təmin ediləcək.

M.Pənahov onu da əlavə edib ki, gün ərzində 5 dəfə - saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti