...

İlham Əliyev Niderland Kralını təbrik edib

Siyasət Materials 25 Aprel 2015 18:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandra təbrik məktubu ünvanlayıb
İlham Əliyev Niderland Kralını təbrik edib

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandra təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Niderland Krallığının milli bayramı - Kral günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti