...

Sergey Lavrov sentyabrın 1-i Azərbaycana gəlir

Siyasət Materials 28 Avqust 2015 17:48 (UTC +04:00)
Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfər gəlir.
Sergey Lavrov sentyabrın 1-i Azərbaycana gəlir

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Səba Ağayeva/

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfər gəlir. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, səfər sentyabrın 1-də baş tutacaq.

Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər, əməkdaşlıq perspektivləri, regionda gedən proseslər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti