...

BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏRİN İLK QRUPU AZƏRBAYCANA SENTYABRIN 5-DƏ GƏLƏCƏK

Siyasət Materials 9 Avqust 2005 18:16 (UTC +04:00)

ATƏT-in Demokratik institutlar və İnsan Hüquqları Bürosu (DİİHB) təşkilatın üzvü olan ölkələrə Azərbaycandakı parlament seçkilərində uzun və qısa müddətli müşahidəçi kimi iştirak etmək üçün nota göndərib. Trend in məlumatına görə, bu barədə avqustun 9-da Azərbayxan XİN-nin informasiya və mətbuat idarəsinin rəisi Tahir Tağızadə jurnalistlərə bildirib.

Notada hər bir ölkədən 28 uzunmüddətli müşahidəçinin ayrılması xahiş olunur. Missiyanın rəhbəri səfir Gert Arensin başçılıq etdiyi müşahidəçilərin ilk qrupu Bakıya sentyabrın 5-də gələcək. Azərbayccanda uzunmüddətli müşahidəçilərin fəaliyyəti rəsmən sentyabrın 11-də başlayacaq və noyabrın 12-də başa çatacaq.

Enyi zamanda, T. Tağızadə qeyd edib ki, ATƏT-in 500 nəfərədək qısamüddətli müşahidəçiləri Bakıya bilavasitə seçki ərəfəsində gələcəklər. Yerli müşahidəçiləri də nəzərə almaqla onların ümumi sayı 1500 nəfərə çatacaq.

Xatırladaq ki, G. Arents ATƏT-in Albaniyadakı nümayəndəliyinin rəhbəri olub və həmçinin Ukraynadakı son seçkilərin gedişində beynəlxalq müşahidəçilər missiyasına rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti