...

Azərbaycan Diplomatik Akademiyası aşağı faizli təhsil kreditləri təklif edir

Cəmiyyət Materials 6 Avqust 2013 17:21 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) I, II və III qruplar üzrə altı bakalavr ixtisası - "Kompüter elmləri", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi", "Beynəlxalq münasibətlər", "İqtisadiyyat", "Biznesin idarə edilməsi" və "Dövlət və ictimai münasibətlər" təklif edir.
Azərbaycan Diplomatik Akademiyası aşağı faizli təhsil kreditləri təklif edir

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Diplomatik Akademiyası (ADA) I, II və III qruplar üzrə altı bakalavr ixtisası - "Kompüter elmləri", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi", "Beynəlxalq münasibətlər", "İqtisadiyyat", "Biznesin idarə edilməsi" və "Dövlət və ictimai münasibətlər" təklif edir.

ADA-dan Trend-ə verilən məlumata görə, Diplomatik Akademiya ödənişli təhsil ocağı olsa da, əlaçı tələbələr hər semestrin nəticələrinə əsasən növbəti semestrdə təhsil haqqından azad olunurlar. Digərləri üçün isə ADA daha bir təhsil yeniliyi - uzunmüddətli və aşağı faizli təhsil kreditlərindən yararlanmaq imkanı təklif edir.

Qeyd edək ki, avqustun 6-dan 15-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bakalavr pilləsinə təhsil üzrə imtahanlarından keçən abituriyentlər ixtisas seçimlərini edirlər.

ADA-nın strategiya və inkişaf üzrə prorektoru Emin Hüseynovun sözlərinə görə, hər bir gəncin verdiyi uzaqgörən qərarlardan biri də keyfiyyətli təhsilə sərmayə qoymaqdır. Dünya praktikasında təhsil kreditləri aşağı faizlə verilərək əhalinin bütün təbəqələrindən olan tələbələrə mükəmməl təhsil almaq fürsəti yaradılır. Diplomatik Akademiya da bu praktikanı Azərbaycanda tədbiq edərək artıq iki ildir ki, bakalavr və magistr tələbələrinə əlverişli şərtlərlə uzunmüddətli kreditin alınmasında kömək göstərir.

Belə ki, bir neçə yerli kommersiya bankı ilə əldə olunmuş razılaşmaya əsasən 10 il müddətinə verilən təhsil kreditinin aylıq ödəniş məbləği 15 manata qədərdir. Təhsil müddətində yalnız kreditin faiz hissəsini ödəyən məzunlar Akademiyanı bitirdikdən sonra kreditin əsas borcunu aylıq olaraq cəmi 65 manat civarında ödəyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti