...

Göygölün bir hissəsinin qədim Gəncə ərazisinə aid olmadığı aşkarlandı

Cəmiyyət Materials 27 Avqust 2013 15:40 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə Arxeoloji Ekspedisiyası apardığı arxeoloji arxeoloji tədqiqatlar nəticəsində Göygöl rayonundakı Zurnabad qalasının qədim Gəncə şəhərinin ərazisinə daxil olmadığını üzə çıxarıb.
Göygölün bir hissəsinin qədim Gəncə ərazisinə aid olmadığı aşkarlandı

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə Arxeoloji Ekspedisiyası apardığı arxeoloji tədqiqatlar nəticəsində Göygöl rayonundakı Zurnabad qalasının qədim Gəncə şəhərinin ərazisinə daxil olmadığını üzə çıxarıb.

Ekspedisiyanın rəhbəri, tarixçi alim Arif Məmmədov bildirib ki, Zurnabad qalasında aparılmış arxeoloji tədqiqat işləri zamanı onun XIII-XIV əsrlərə aid olduğu təsdiqlənib. Qala öz tikinti xüsusiyyətlərinə görə demək olar ki, Bakıdakı Mərdəkan, Nardaran, Ramana qalalarına oxşardır. Beş bürcü olan qalanın eni, uzunu, hündürlüyü bir-birlərinə tən şəkildə hörülüb. Qalanın həm eni, həm də hündürlüyü 9 metrdir.

A.Məmmədov deyib ki, indiyədək Zurnabad qalasının qədim Gəncənin yeri olması haqqında fikirlər irəli sürülürdü. Ancaq tədqiqatların nəticəsinə görə, bu fikirlər doğru deyil və Zurnabad qalası heç vaxt qədim Gəncə ərazisi ola bilməz. Çünki Zurnabad qalasının mövcud olduğu dövrdə artıq Gəncə indiki Gəncə çayı sahillərində böyük bir şəhər kimi mövcud idi.

A.Məmmədov onu da qeyd edib ki, şəhərin müəyyən əlamətləri var. Zurnabad isə feodal qəsri olub. Bu qala adi bir feodalın ailə üzvlərinin, onun əmlakının qorunmasına xidmət edib və müdafiə xarakterli olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti