...

"Excellence in HR Awards" qaliblərini elan etdi (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2014 16:24 (UTC +04:00)
"Excellence in HR Awards" insan resursları (İR) sahəsində ən yaxşı mütəxəssislər, komandalar və strategiyaların ədalətli şəkildə mükafatlandırılması və tanıtımı üçün Azərbaycanda yeganə müsabiqə hesab olunur.
"Excellence in HR Awards" qaliblərini elan etdi (FOTO)

"Excellence in HR Awards" insan resursları (İR) sahəsində ən yaxşı mütəxəssislər, komandalar və strategiyaların ədalətli şəkildə mükafatlandırılması və tanıtımı üçün Azərbaycanda yeganə müsabiqə hesab olunur.

Mükafatlandırma mərasimi 7 noyabr tarixində "Four Seasons Baku" mehmanxanasında keçirilib. Tədbir qaliblərin Bentley Bar-da içki masası ətrafında mükafat almaq münasibətilə etdikləri çıxışlar, həmkar və münsiflər heyəti ilə apardıqları fikir mübadiləsi ilə müşayiət olundu.

Tədbirdə mükafata layiq görülmüş İR menecerləri və şirkətlər:

"İlin İR adamı" mükafatı:

• Böyük təşkilat kateqoriyasında qalib: Fəzilə Əsgərova (Bakı 2015 Avropa Oyunları)
• Orta miqyaslı şirkət kateqoriyasında qalib: Milana Rəhimova (Germes)
• Kiçik şirkət kateqoriyasında qalib: Zərəngiz Apetrei Hüseynova (ALZA)

"İlin İR komandası" mükafatı:

• Böyük təşkilat kateqoriyasında qalib: Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsi
• Orta miqyaslı şirkət kateqoriyasında qalib: PAŞA Bank
• Kiçik şirkət kateqoriyasında qalib: BSC GROUP LTD (Biznes Xidmət Mərkəzi)

Builki tədbirdə Dell, ING, Novartis, JCDecaux və New Look kimi şirkətlərdə baş İR vəzifələrində çalışmış və ya hazırda çalışan Xavier Molinié, Barbara Wright-Avlitis və David Bannister kimi beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti iştirak edib.

Mükafatları qaliblərə təqdim edən və onları təbrik edən beynəlxalq qonaqlar arasında Sebastien Terral (Təhsil şöbəsinin rəhbəri, Hertz), Anne Morrison (BAFTA-nın hazırkı sədri), Matthias Besserer (İR direktoru, Nvidia) və Kosta Petrov (Qlobal İdarə Heyətinin sədri, P World) da yer alıblar.

Maksimum səviyyədə ədalətli rəqabətin təşkili üçün iştirakçılar lazımi sənədlərlə birgə onlayn ərizə formasını doldurmaqla müraciət etməli idilər.

Yarışma və Qala mükafatları "P World Azərbaycan" tərəfindən təşkil olunmuş, "Smart Resources Group" və "AmCham Azerbaijan" tərəfindən dəstəklənib.

Tədbirin media tərəfdaşları Trend.az, Day.az və "Magazine Boutique Baku" olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti