...

Ağdaşda müəmmalı vəziyyət - Hamı təəccüb içində

Cəmiyyət Materials 25 İyun 2016 11:43 (UTC +04:00)
Ağdaşın Qoşaqovaq kəndində gecə saatlarında naməlum məxluqların kənddə sakinlərin həyətlərinə girməsi, onları qorxuya salması ilə bağlı yaranmış müəmmalı vəziyyət hələ də davam edir.
Ağdaşda müəmmalı vəziyyət - Hamı təəccüb içində

Bakı. Elçin Mehdiyev - Trend:

Ağdaşın Qoşaqovaq kəndində gecə saatlarında naməlum məxluqların kənddə sakinlərin həyətlərinə girməsi, onları qorxuya salması ilə bağlı yaranmış müəmmalı vəziyyət hələ də davam edir.

Ağdaş rayon icra başçısının müavini Qalib Həsənov Trend-ə bildirib ki, polis əməkdaşları, icra və bələdiyyə nümayəndələri bu məsələ ilə məşğuldur:

“Kəndin giriş-çıxışında polis postları qurulub. Gecələr 70-ə qədər polis növbədə dayanır, o cümlədən bələdiyyə nümayəndələri, İcra Hakimiyyətinin nümayəndələri cəlb olunub. Ancaq heç nə görməyiblər. Hamı məhəttəl qalıb. Gecə kiminsə gözünə nəsə görünüb. Amma tuta bilən olmayıb. Guya kiminsə məhləsinə girib, amma bir adam da demir ki, mənim məhləmdən nəsə aparıb. Belə bir müəmalı vəziyyət yaranıb, ortada da isə real heç nə yoxdur”.

Qeyd edək ki, Ağdaşın Qoşaqovaq kəndində 2 metir uzunluğunda ağ geyimli naməlum məxluqların gecə saatlarında sakinlərin həyətlərinə girməsi, evləri daşa basması, insanları qorxuya salması kimi iddialar səsləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti