...

Sosial mənzillər üçün müraciətlərin qəbul ediləcəyi VAXT bilindi (YENİLƏNİB)

Cəmiyyət Materials 23 Yanvar 2017 19:50 (UTC +04:00)
Sosial evləri almaq üçün müraciətlərin qəbulu yaxın aylarda başlanacaq.
Sosial mənzillər üçün müraciətlərin qəbul ediləcəyi VAXT bilindi (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Sosial evləri almaq üçün müraciətlərin qəbulu yaxın aylarda başlanacaq.

Trend-in məlumatına görə, dövlət başçısının fərmanı əsasında yaradılacaq “Güzəştli mənzil” sistemi mayın 1-dən "Elektron hökumət" portalında fəaliyyətə başlamalıdır. Hazırda onun nizamnaməsinin hazırlanması üzərində işlər gedir. Nizamnamə təsdiqləndikdən sonra "ASAN xidmət" mərkəzlərində güzəştli mənzil almaq istəyən insanların qeydiyyatı başlayacaq.

Qeyd edək ki, sosial evlərin birinci kompleksinin tikintisi üçün Bakının Yasamal rayonunda 11,6 hektar ərazi ayrılıb. Bu kompleksdə 1850 mənzil olacaq. Mənzillər 1, 2 və 3 otaqlı olacaq.

Bundan başqa, sosial mənzillərdə aylıq ödəniş oxşar evlərin kirayə haqqından artıq olmamaqla müəyyən ediləcək. Faktiki olaraq birotaqlı mənzillər üçün aylıq ödənişin 130-140, üçotaqlılar üçün isə 330-350 manatdan artıq olmayacağı bildirilir.

Hazırda Yasamal rayonu ərazisində tikilən komplekslə yanaşı Bakıda ikinci belə kompleksin inşası da planlaşdırılır. Eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da tikintisi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti