...

6 məhkəmə hakiminin səlahiyyətlərinə xitam verilib, 2-i vəzifəsindən azad olunub

Cəmiyyət Materials 9 Fevral 2017 20:20 (UTC +04:00)
Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında qeyd edilib.
6 məhkəmə hakiminin səlahiyyətlərinə xitam verilib, 2-i vəzifəsindən azad olunub

Bakı. Trend:

Ötən il vətəndaşların narazılığına səbəb olan pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

Trend-in məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında qeyd edilib.

Şurada həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınıb, Sumqayıt apellyasiya məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilib, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı apellyasiya məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli rayon məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti