...

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi olub (YENİLƏNİB-3) (FOTO)

İdman Materials 19 İyun 2016 15:10 (UTC +04:00)
"Prema Racing" komandasının italyan pilotu Antonio Covinatsi Bakıda "Formula 1" Avropa Qran Prisi çərçivəsində GP2 seriyası üzrə ikinci yürüşdə (sprint) qələbə qazanıb.
İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi olub (YENİLƏNİB-3) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:11-də yayılıb)

Bakı. Maksim Tsurkov - Trend:

"Prema Racing" komandasının italyan pilotu Antonio Covinatsi Bakıda "Formula 1" Avropa Qran Prisi çərçivəsində GP2 seriyası üzrə ikinci yürüşdə (sprint) qələbə qazanıb.

Trend-in məlumatına görə, onun nəticəsi 44:49.606 olub.

İkinci yeri onun komanda yoldaşı fransalı Pyer Qasli (+1.7), üçüncü yeri isə ART komandasından rusiyalı pilot Sergey Sirotkin (+4.1 saniyə) tutub.

Bakıda "Formula 1" Avropa Qran Prisinin start xəttində pilotların ardıcıllığı (SİYAHI)

Bakıda "Formula 1" Avropa Qran Prisinin start xəttində pilotların ardıcıllığı (SİYAHI)

Xatırladaq ki, bir qədər əvvəl sprintin 12-ci döngəsində kütləvi qəza olmuşdu. Qəza nəticəsində 3 pilot mübarizəni dayandırmışdı.

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti