...

Bu ölkələr dollardan imtina edə bilər

İqtisadiyyat Materials 1 May 2017 20:58 (UTC +04:00)
Türkiyə və Hindistan qarşılıqlı maliyyə əməliyyatları zamanı dollardan imtina edə bilər.
Bu ölkələr dollardan imtina edə bilər

Bakı. Trend:

Türkiyə və Hindistan qarşılıqlı maliyyə əməliyyatları zamanı dollardan imtina edə bilər.

Trend-in məlumatına görə, bunu Dehliyə səfəri zamanı Hindistan-Türkiyə biznes-forumundakı çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti qeyd edib ki, iki ölkə arasında ixrac və idxal əməliyyatlarının milli valyutalarda aparılması ilə bağlı müzakirələr başlaya bilər.

Onun sözlərinə görə, qarşılıqlı əməliyyatlarda dollardan imtina milli valyutaların məzənnəsindəki qeyri-sabitliyi aradan qaldıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti