AccessBank-ın “Nərimanov” filialının açılışı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Xəbər 24 İyul 2015 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

AccessBank-ın "Nərimanov" filialının açılış mərasimi keçirildi. Bankdan Trend-ə verilən məlumata görə, bankın "Elmlər Akademiyası" filiallının heyəti artıq yeni ünvanda xidmət göstərir.

AccessBank müştərilərə daha yaxın olmaq və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə filial şəbəkəsini genişləndirməyə davam edir. Bankın Bakı şəhərində yerləşən "Elmlər Akademiyası" filialının fəaliyyəti təmirlə əlaqədar müvəqqəti dayandırıldı və heyəti yeni ünvana köçdü. Artıq həmin filial "Nərimanov" adı ilə Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında fəaliyyət göstərir. Filialda həm hüquqi, həm də fiziki şəxslərə tam çeşidli bank xidmətləri təklif olunur.

Qeyd edək ki, müvəqqəti bağlanan "Elmlər Akademiyası" filialının fəaliyyəti təmirdən sonra bərpa olunacaq.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb.

AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır.

FitchRatings agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BBB - dərəcəsi ilə qiymətləndirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti