...

SOCAR ötən ili itkisiz başa vurub (ƏLAVƏ OLUNUB)

Energetika Materials 27 Aprel 2016 16:54 (UTC +04:00)
Neftin qiymətlərinin aşağı olmasına baxmayaraq, 2015-ci ildə SOCAR itkisiz büdcəni təmin edə bildi.
SOCAR ötən ili itkisiz başa vurub (ƏLAVƏ OLUNUB)

Bakı. Maksim Tsurkov - Trend:

Neftin qiymətlərinin aşağı olmasına baxmayaraq, 2015-ci ildə SOCAR itkisiz büdcəni təmin edə bildi. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

Onun sözlərinə görə, neftin qiymətlərinin azalmasına görə SOCAR-ın itkiləri 1 milyard manat təşkil edə bilərdi, lakin şirkət ABŞ dollarındakı aktivlər hesabına "sıfır səviyyəsinə çıxmağı" bacardı. Bu, həmçinin məzənnə fərqinə görə baş verdi, çünki şirkətin gəlirləri xarici valyutada ifadə edilib.

S.Qasımov əlavə edib ki, bu itkilər aradan qaldırıldı və demək olar ki, SOCAR ötən ili mənfəət və itkilər arasında sıfır fərqlə başa vurdu.

O, qeyd edib ki, SOCAR xərclərin azaldılması üçün biznesinin optimallaşdırılmasını və idarəetmə sisteminin restrukturizasiyasını aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti