...

Türkiyə Azərbaycanın bu sahəsinə marağını gizlətmir

Telekommunikasiya Materials 22 Noyabr 2016 17:37 (UTC +04:00)
Türkiyənin biznes sektorunun nümayəndələri Bakıya səfəri çərçivəsində Azərbaycanın İKT sektoruna investisiya məsələlərini müzakirə edəcək.
Türkiyə Azərbaycanın bu sahəsinə marağını gizlətmir

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin biznes sektorunun nümayəndələri Bakıya səfəri çərçivəsində Azərbaycanın İKT sektoruna investisiya məsələlərini müzakirə edəcək.

Trend Türkiyənin Elektron məhsul və xidmət ixracatçıları Assosiasiyasına istinadən məlumat verir ki, bu sözləri qurumun idarə heyətinin üzvü Səlahəddin Esim deyib.

S.Esimin sözlərinə görə, dekabrın 1-2-i baş tutacaq səfər zamanı Türkiyə və Azərbaycan postneft müddətində kommunikasiya sahəsində strateji əməkdaşlığın yaradılması məsələsini müzakirə edəcək.

Səfər zamanı Türkiyə nümayəndə heyətinin tərkbinə İKT sahəsində fəaliyyət göstərən 12 şirkətin nümayəndəsi daxil olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti