...

Keçmiş Azərbaycan SSR Əmanət Bankının 263 mindən çox əmanətçisi öz pulunu alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2012 17:15 (UTC +04:00)
2012-ci il iyulun 30-dək SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının varisi olan "KapitalBank"ın 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərinə birdəfəlik fərdi ödənişlər qismində 147,13 milyon manat verilib.
Keçmiş Azərbaycan SSR Əmanət Bankının 263 mindən çox əmanətçisi öz pulunu alıb

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Ə.Həsənov/

2012-ci il iyulun 30-dək SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının varisi olan "KapitalBank"ın 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərinə birdəfəlik fərdi ödənişlər qismində 147,13 milyon manat verilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Kapital Bank"ın idarə heyətinin sədri Elmar Məmmədovun bankın saytında dərc edilən müsahibəsində deyilir.

Fərdi birdəfəlik ödənişlərin verilməsi iyunun 1-dən başlayıb.

"Hesabat dövründə "Kapital Bank"ın xidmət məntəqələrinə 449 69 müraciət daxil olub. Bu müraciətlərdən 393 16-sı məntəqələrdən mərkəzə təqdim edilib. Bu dövr ərzində 263 215 əmanətçiyə ümumilikdə 147 131 879,60 manatlıq vəsait ödənilib", - Məmmədov deyib.

Onun sözlərinə görə, cari il iyulun 30-na əmanət kitabçasının itməsi və ya korlanması ilə bağlı banka daxil olan müraciətlərin sayı 7838 olub.

"Bu hallar üçün bankın əlavə ərazi məntəqələri fəaliyyət göstərir. Onlardan üçü Bakıda, Gəncə, Sumqayıt və Naxçıvanın hər birində isə bir ərazi məntəqəsi yerləşir", - Məmmədov qeyd edib.

Ölkə üzrə fərdi birdəfəlik ödəmələrin verilməsi üçün mərkəzlərin ümumi sayı 143 məntəqədən ibarətdir. Onlardan 65-i Bakıda, 78-i isə respublikamızın digər regionlarında yerləşir.

Xəbər lenti

Xəbər lenti