...

Azərbaycanda yanğın və digər risklərdən əmlakın sığortalanmasına maraq kəskin artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2014 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Azad Həsənli/

2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanda sığorta haqlarının 213,5 milyon manatı və ya 75,4%-i qeyri-həyat sığortasının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı 7,6 milyon manat və ya təxminən 3,4% azalıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov mətbuat konfransında deyib.

2014-cü ilin ilk 8 ayında sığorta bazarındakı ödənişlərin 80,3%-i və ya 83,1 milyon manatı qeyri-həyat sığortasının payına düşüb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 8 milyon manat və ya təxminən 10,7% çoxdur.

8 ay ərzində sığorta yığımları illik hesabatda təqribən 3,4 faiz (5,5 milyon manat) azalıb, ödənişlər isə təqribən 10,3 faiz (5,8 milyon manat) artıb.

Onun sözlərinə görə, qeyri-həyat sığortası üzrə yığımların 23,4 %-i və yaxud 49,9 milyon manatı tibbi sığortanın, 21,3%-i və ya 45,4 milyon manatı avtomobillərin icbari sığortasının, 11,4%-i və ya 24,4 milyon manatı KASKO sığortanın, 9,7%-i və ya 20,7 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,5%-i və ya 11,7 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb: "Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,7%-i və ya 31,3 milyon manatı tibbi sığortanın, 21,7%-i və ya 18 milyon manatı KASKO sığortanın, yəni 22,7%-i və ya 18,9 milyon manatı avtomobillərin icbari sığortasının, 7,2%-i və yaxud 6 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,7%-i və ya 1,4 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb".

O. Bayramov deyib ki, gözləntilərə rəğmən, yanğın və digər risklərdən əmlakın sığortalanması sahəsində avtomobillərin icbari sığortası bazarında artım tempini üstələyən kəskin artım müşahidə olunur.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 38,9 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-avqust aylarında 34,9 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti