...

"Bakcell" əlilliyi olan şəxslərin məşğulluq sahəsinə inteqrasiyasını dəstəkləyir (FOTO)

Telekommunikasiya Materials 25 İyul 2014 17:03 (UTC +04:00)
"İnkişaf Naminə İdman" İB "Bakcell" şirkətinin Korporativ Sosial Məsuliyyət (KSM) proqramının dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrində “Bərabər hüquqlar - Bərabər imkanlar” adlı forumlar təşkil edir.
"Bakcell" əlilliyi olan şəxslərin məşğulluq sahəsinə inteqrasiyasını dəstəkləyir (FOTO)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

"İnkişaf Naminə İdman" İB "Bakcell" şirkətinin Korporativ Sosial Məsuliyyət (KSM) proqramının dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrində "Bərabər hüquqlar - Bərabər imkanlar" adlı forumlar təşkil edir.

"Bərabər imkanlar və inklüziyaya aparan yol" layihəsi çərçivəsində ilk forum 24 iyul 2014-cü il tarixində Bakıda keçirilib.

Sözügedən layihə müxtəlif dərəcəli əlilliyi olan uşaq və gənclərin kompüter sahəsində bilik və bacarıqlarının artırılmasını, əlilliyi olan uşaqların valideynləri arasında bilik, bacarıq və təcrübə mübadiləsinin təşkilini və Azərbaycanda fəaliyyət göstərən uşaq inkişaf mərkəzlərinə və inklüziv ümumtəhsil müəssisələrinə əlilliyi olan uşaqların ehtiyaclarına uyğunlaşdırılmış yardımçı kompüter avadanlığının təqdim olunmasını əhatə edir.

Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını təmin etmək istiqamətində məşğulluq böyük əhəmiyyət kəsb edir. "Bərabər imkanlar və inklüziyaya aparan yol" layihəsi də əlilliyi olan uşaq və gənclərə peşə təlimləri təqdim edərək, əlillik sahəsində maarifləndirməyə yönəlmiş tədbirlər həyata keçirərək məhz bu problemin həllinə yönəlmiş təşəbbüslərdən biridir.

"Bərabər hüquqlar - Bərabər imkanlar" adlı forumların keçirilməsində əsas məqsəd əlilliyi olan insanların qarşılaşdıqları maneələrə və mövcud imkanlara nəzər salaraq onların məşğulluq sahəsinə inteqrasiyasına diqqət cəlb etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti