...

ADA Universitetində NATO mövzusunda məlumatlandırma günü keçirilib

Siyasət Materials 10 Aprel 2014 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir S.Әhmədova/

Bu gün ADA Universitetində NATO-nun Meydana gələn təhlükəsizlik çağrışları idarəsinin Sülh və Təhlükəsizlik naminə Elm Proqramı (SPS) çərçivəsində məlumatlandırma günü keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, NATO-nun baş katibinin müavini Sorin Dukaru, SPS proqramının tərəfdaşlarla əməkdaşlıq proqramının baş məsləhətçisi Dəniz Yüksəl-Bətən və qurumun digər nümayəndələri, ekspertlər iştirak ediblər.

A.Əzimov çıxışında tədbirin əhəmiyyətini və SPS-in faydalı bir alət olduğunu vurğulayıb. Onun sözlərinə görə, hər bir ölkənin özünəməxsus maraqları və dəyərləri var. Azərbaycanın da öz maraqları var. Bunlar enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, dəniz təhlükəsizliyi, enerji infrastrukturunun qorunması və digərləridir. Qeyd edilənlərin Azərbaycan üçün əhəmiyyət daşıdığını deyən A.Əzimov əlavə edib ki, azərbaycanlı alimlər bu məsələlərə diqqət yetirlər.

NATO baş katibinin müavini Sorin Dukaru isə Aəzrbaycanda bu tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan SPS proqramının ən fəal və uzunmüddətli tərəfdaşlarından biridir. Bu proqramın mahiyyətinin geniş olduğunu deyən S.Dukaru qeyd edib ki, Azərbaycan 1994-cü ildə bu proqrama qoşulan ilk ölkələrdən biridir . O əlavə edib ki, ötən müddət ərzində uğurlu əməkdaşlıq ortaya qoyulub, faydalı layihələr həyata keçirilib.

Qeyd edək ki, 3 sessiyadan ibarət olan tədbirdə enerji təhlükəsizliyi, kiber müdafiə, qlobal təhlükəsizlik çağırışları müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti