PKK-ya yaxın qruplardan biri İstanbuldakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

Dünya xəbərləri Xəbər 11 Dekabr 2016 19:48 (UTC +04:00)

Bakı. Trend:

PKK terror təşkilatına yaxın qruplardan biri olan “Kürdüstan Azadlıq Qırğıları” qrupu dekabrın 10-da İstanbulda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə Trend Milliyet qəzetinə istinadən xəbər verir.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində həlak olanların sayının 38-ə çatdığını bildirib. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti