...

Referendum - Nazarbayev səlahiyyətlərindən əl çəkir

Dünya xəbərləri Materials 25 Yanvar 2017 19:46 (UTC +04:00)
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu axşam ölkə telekanalları vasitəsilə xüsusi müraciət edib.
Referendum  - Nazarbayev səlahiyyətlərindən əl çəkir

Bakı. Trend:

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu axşam ölkə telekanalları vasitəsilə xüsusi müraciət edib.

Trend-in məlumatına görə, N.Nazarbayev çıxışı zamanı konstitusiya islahatları ilə bağlı referendumun keçiriləcəyini deyib.

N.Nazarbayev 40-a qədər səlahiyyətin hökumət və parlamentə verilməsini təklif edib.

Prezident çıxışında vurğulayıb:

"Əsas məsələ odur ki, prezident səlahiyyətlərinin bir qismini parlament və hökumətə verir. Ölkə başçısı bundan sonra daha çox milli təhlükəsizlik, xarici siyasət kimi məsələlərlə məşğul olacaq. Hökumət və parlamentin rolu isə kifayət qədər artacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti