...

Türkiyənin yeni Konstitusiyasının layihəsi imzalanması üçün prezidentə təqdim edilib

Dünya xəbərləri Materials 2 Fevral 2017 22:05 (UTC +04:00)
Türkiyənin yeni Konstitusiyasının layihəsi imzalanması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib
Türkiyənin yeni Konstitusiyasının layihəsi imzalanması üçün prezidentə təqdim edilib

Bakı. Trend:

Türkiyənin yeni Konstitusiyasının layihəsi imzalanması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Trend-in "Hurriyet"-ə istinadən verdiyi məlumata görə, 488 deputatın iştirakı ilə Türkiyə Böyük Millət Məclisində (parlament) keçirilən səsvermədə, 18 maddədən ibarət qanun layihəsinin qəbuluna 339 deputat lehinə, 142 isə əlehinə səs verib.

Qanun parlamenti vitse-spikeri Əhmət Aydın tərəfindən imzalanıb.

Türkiyə prezidenti 15 gün ərzində qanun təsdiq və ya rədd etməlidir. Qanun prezident tərəfindən təsdiq edildiyi halda, qanunun mətni rəsmi mətbuatda dərc olunacaq. Konstitusiyaya dəyişiklikləri ilə bağlı referendum, qanun mətninin rəsmi mətbuatda dərc olunduğundan 60 gün sonra, birinci bazar günü keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti