...

Zimbabve hökuməti ABŞ səfirinə: "Özünü banan ağacından as"

Dünya xəbərləri Materials 7 Fevral 2017 22:50 (UTC +04:00)
Zimbabve hökuməti ABŞ səfirinə: "Özünü banan ağacından as"

Bakı. Trend:

Zimbabve hökuməti ölkədə fəaliyyət göstərən ABŞ diplomatları barədə kəskin çıxış edib.

Trend-in məlumatına görə, ABŞ səfirliyi ölkədə insan haqlarının pozulmasından narahatlığını bildirərək bu sahədə vəziyyətin dözülməz olduğunu bildirib.

Buna cavab olaraq, Zimbabve Prezidentinin mətbuat katibi Corc Çaramba ABŞ səfiri K.Harriyə belə məsləhət verib: "ABŞ səfiri düşünür ki, bizə komandanlıq edə bilər. Getsin, özünü banan ağacından assın".

Qeyd edək ki, ABŞ səfirliyi ölkədə yerli din xadiminin həbsi ilə bağlı narahatlığını ifadə etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti